Kateqoriyasız

“Zirə”dən gözlənilməz qərar: iki futbolçu transferə çıxarıldı

“Zirə” iki futbolçusunu transferə çıxarıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Transferə çıxarılanlar müdafiəçi Təmkin Xəlilzadə və yarımmüdafiəçi İlkin Muradovdur. Baş məşqçi Rəşad Sadıqov artıq onları əsas heyətdən uzaqlaşdırıb. Xəlilzadə və Muradov bu müddətdə əvəzedici komandada olacaqlar.

Baş məşqçi Sadıqovun bu gözlənilməz qərarınının səbəbləri açıqlanmayıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43