Kateqoriyasız

“Zirə”nin futbolçuları cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı qərarlar verilib.

 

“Qəbələ” – “Qarabağ”  matçında “Qəbələ” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

1/4 final mərhələsinin “Neftçi”– “Zirə” matçında “Neftçi”nin 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. Həmin görüşdə “Zirə”nin oyunçuları Təmkin Xəlilzadə və Hacıağa Hacılı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün klub ümumən 400 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43