İdman

“Zirə” Antalyada 4 oyun keçirəcək

Növbəti mövsümə hazırlaşan “Zirə”nin yay fasiləsindəki planları bəlli olub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə,  komanda iyunun 22-də Bakıda bir araya gələcək.

Paytaxt təmsilçisi hazırlığın ilk mərhələsini Bakıda keçirəcək. İyulun 15-nə kimi davam edəcək toplanışda iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ayxan Abbasovun komandası ayın 7-də əvəzediciləri, 14-də isə “Sabah”la qarşılaşacaq. Ayın 16-da istirahətə buraxılacaq “Zirə” 1 gün sonra Türkiyənin Bolu şəhərinə yola düşəcək. Komanda burada “Koru” oteldə məskunlaşacaq. İyulun 29-na kimi qonşu ölkədə qalacaq “qartallar” 4 yoxlama matçı keçirəcək. Qarşılaşmaların iyulun 18, 21, 24, 28-də keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi barədə qarşıdakı günlərdə məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43