Kateqoriyasız

“Zirə” hollandiyalı futbolçu transfer etdi

“Zirə” növbəti transferini gerçəkləşdirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Türkiyədə təlim-məşq toplanışında olan komandanəın heyətindəki legionerlərin sayı 4-ə çatıb. "Zirə" Yovan Krnetanın ardından Rihairo Muelens transfer edib. Meneceri ilə birgə komandanın Ərzurumdakı düşərgəsinə gedən 27 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki,  R.Muelens ötən mövsüm Rumıniyanın “Rapid” klubunda çıxış edib. “Riko” ləqəbli oyunçu Kuraçao yığmasının şərəfini qoruyur. KONKOKAFDA mübarizə aparan Kuraçao son iki dünya çempionatının seçmə mərhələsində təmsil olunub. Riko isə yığma komandada keçirdiyi 9 oyunda 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43