Ölkə futbolu

“Zirə” Kamerun klubuna qarşı

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün Boludakı hazırlıq prosesi çərçivəsində ikinci yoxlama matçını keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Ayxan Abbasovun çalışdırdığı komanda Kamerunun “Columbe Sportive” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, “Zirə” ilk yoxlama görüşünü “İnter”ə qarşı keçirmiş və 2:0 hesabıyla qalib gəlmişdi. “Columbe Sportive” eyni bölgədə hazırlıq keçən Bakı “İnter”i ilə də üz-üzə gəlmiş və 0:1 hesabıyla uduzmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43