Dünya futbolu

Azərbaycanlı futbolçu Rusiya klubu ilə müqavilə imzaladı

Rusiyanın “Krılya Sovetov” klubu Azərbaycan əsilli futbolçu Azər Əliyevi “Yenisey” klubundan transfer edib.

İdmanxeber.com-un məlumatına görə, tərəflər 1 illik müqavilə imzalanıb. Azər yeni komandasında 10 nömrəli forma altında çıxış edəcək.

“Krılya Sovetov” uzun illərdən sonra Premyer Liqanı tərk edərək I diviziona düşüb. Əliyev bunadək birinci divizion təmsilçisi “Yenisey”in heyətində 69 oyunda 5 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43