Kateqoriyasız

“Zirə” Lənkərana ciddi itki ilə yollanacaq

Premyer Liqanın XXI turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşacaq “Zirə” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “qartallar”ın üzvü Elvin Məmmədovun “Rəvan”la oyunda aldığı zədə ciddidi.  O, Lənkəranda baş tutacaq qarşılaşmada meydana çıxa bilməyəcək.

Zədə səbəbindən futbolçu məşqləri 3-4 həftə sonra bərpa edə biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43