Kateqoriyasız

Ronaldo Messi ilə bağlı suala əsəbləşdi: “Nə istəyirsiz, fikirləşin”


Bu gün Çempionlar Liqasının 1/16 final mərhələsi çərçivəsində “Real” səfərdə “Roma”nın qonağı olacaq.

İdmanxeber.com-un məlıumatına görə, Madrid klubunun baş məşqçisi Zidan və kapitanı Ronaldo oyundan öncə mətbuat konfransında iştirak edib. Lakin ulduz futbolçu sona kimi konfransda qalmayıb.

Belə ki, yerli jurnalistlərdən birinin Ronaldoya verdiyi sual portuqaliyalını əsəbləşdirib. 

Messinin “Selta” ilə oyunda qeyri-adi penaltisi ilə bağlı sual verilsə də, Ronaldo bunu qısa cavablayıb: “Messinin penaltidən nəyə görə elə istifadə etməsini bilirəm. Başqa bir şey demək istəmirəm. Nə istəyirsiz, fikirləşin”.

Hücumçunu əsəbləşdirən məqamlardan biri də səfərdə az qol vurması ilə bağlı verilən sual olub. O, bu suala belə cavab verib: “İspaniyaya gəldiyim gündən səfərdə məndən başqa ən çox qol vuran oyunçunun adını çək. Çəkə bilmərsən”. Ulduz oyunçu bu fikrin ardınca mətbuat konfransını tərk edib. Komandanın baş məşqçisi Zidan isə məsələyə gülümsəyərək münasibət bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43