Kateqoriyasız

“Zirə” önə keçdiyi matçda məğlub oldu (NƏTİCƏLƏR)

Azərbaycan birinci divizionunda 28-ci tura start verilib.

İlk oyun günündə üç qarşılaşma keçirilib.

Çempionluğu təmin edən "Neftçala" səfərdə "Zirə" ilə qarşılaşıb. Matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər oyununda "Qaradağ Lökbatan" doğma meydanda "Şahdağ"ı məğlub edib – 1:0.

"Kəpəz" səfərdə "Şuşa Qarabağ"la üz-üzə gəlib. Bu matçda "Kəpəz" 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək beş oyunla yekun vurulacaq.

14 may

Birinci divizion, 28-ci tur

“Qaradağ Lökbatan” – "Şahdağ” – 1:0
Qol: 
Emin Mustafayev, 82 (1:0)

“Şuşa Qarabağ” – “Kəpəz” – 1:2
Qollar
: Hüseyn İsgəndərov, 30 (1:0) Elxan Əzizov, 77 (1:1), Ziyabil Məmmədov, 90+3 (1:2)

“Zirə” – “Neftçala” – 1:3
Qollar:
  Elmin Çobanov, 27 (1:3), Tural Adıgözəlov, 57 (1:1) Fərmayıl Əliyev, 74 (1:2) Elvin Adışirinli, 90+5 (1:3)

15 may

“Bakılı” – “Turan Tovuz”
“İnter Arena”, 4-cü meydança, 14:00

“Mil-Muğan” – “Rəvan”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 17:00

“Ağsu” – “Göyəzən”
Ağsu şəhər stadionu, 17:00

“Şəmkir” – “Energetik”
Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu, 17:00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43