Ölkə futbolu

“Neftçi” üsyan edən futbolçunu buraxdı

“Neftçi” futbolçusu Mirhüseyn Seyidovun müraciətini nəzərə alaraq, onunla bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

İdmanxeber.com-un xəbərinə görə, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Klubun bununla bağlı yaydığı açıqlamada deyilir: “Neftçi” PFK yarımmüdafiəçi Mirhüseyn Seyidova azad agent statusu verib. "Neftçi" PFK-nın yetirməsi olduğu və klubdakı nailiyyətləri nəzərə alınaraq, Mirhüseyn Seyidovun formasını itirməməsi üçün mövsümün sonuna kimi əvəzedici komandada məşq etməsinə şərait yaradılıb. Futbolçuya gələcək karyerasında uğurlar arzulayırıq”.

Qeyd edək ki, öncədən də Seyidovun klub rəhbərliyinə komandadan ayrılmaq istəməsi ilə bağlı müraciət etdiyini bildirmişdik. Görünən odur ki, rəhbərlik futbolçunun bu müraciətinə müsbət cavab verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43