“Zirə”də transfer çalışmaları davam edir.
İdmanxeber.com-un məlumatına görə, “qartallar” daha bir futbolçu ilə güclənib. Yeni transfer Cavid Tağıyevdi.
Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Cavid Tovuzun “Rote Fahne” və “Turan” klubları ilə yanaşı, AZAL-ın da formasını geyinib. Futbolçu son mövsümü “Qarabağ”da keçirib və Azərbaycan Premyer Liqasının çempionu olub. Tağıyev həmçinin, futbol üzrə milli komandamızın şərəfini qoruyub.