Dünya futbolu

“Qarabağ”ın rəqibi futbolçusunu geri istəyir

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri – “Fiorentina” heyətini gücləndirmək istəyir.

İdmanxeber.com-un xarici KİV-ə istinadən yaydığı xəbərə görə, klub “İnter”in futbolçusu Stevan Yovatiçi yenidən rənglərinə qatmağa hazırlaşır. 

Bununla bağlı tərəflər arasında danışıqlar davam etdirilir. Klubların transferin maliyyə tərəfi barədə hələ yekun razılığa gələ bilmədiyi bildirilir.

Qeyd edək ki, S.Yovatiç 2008-2013-cü illərdə “Fiorentina”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43