İdman

“Zirə” “Qarabağ”ın iki futbolçusunu transfer etdi

“Zirə” heyətini 4 yeni futbolçu cəlb edib.

Idmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi “Qəbələ”dən Tellur Mütəllimov, “Keşlə”dən Mirsahib Abbasov, “Qarabağ”dan İbrahim Aslanlı və Elşən Abdullayevlə anlaşıb. 

Tellur Mütəllimov və İbrahim Aslanlı ilə 2 il yarım, Mirsahib Abbasovla ilk 6 ayı icarə əsasında olmaqla 1 il yarımlıq müqavilə bağlanılıb. Elşən Abdullayev isə mövsüm sonuna qədər “Zirə”nin formasını geyinəcək.

Xatırladaq ki, “Zirə” qış fasiləsində rumıniyalı müdafiəçi Qabriel Mateylə yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43