Kateqoriyasız

“Zirə” serbiyalı futbolçu transfer etdi

Azərbaycan Premyer Liqasına hazırlığı Türkiyənin Ərzurum şəhərində davam etdirən “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, serbiyalı mərkəz müdafiəçisi Yovan Krneta komandanın şərəfini qoruyacaq. Onunla bir illik müqaviləyə imza atılıb. Yovan artıq Ərzurumdadır və komandanın düşərgəsinə qoşulub

Qeyd edək ki, 23 yaşlı Krnetanın son klubu Ukraynanın “Çernomorets” klubu olub. Komandasının müdafiə xəttinin liderlərindən olan Yovan müqaviləsi başa çatdığı üçün yayda Ukraynadan ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43