İdman

“Zirə” və “Səbail”in futbolçuları Ermənistan millisinə qarşı mübarizə aparacaq

Futbol üzrə Moldova milli komandasının Konqo və Ermənistan yığmaları ilə yoldaşlıq görüşləri üçün ilkin heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Aleksandr Spiridon legionerlər siyahısına Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçunun adını daxil edib. Bunlar “Zirə” və “Səbail”in yarımmüdafiəçiləri Aleksandr Dedovla Yevgeni Koçukdur. Yekun heyət bir müddət sonra müəyyənləşəcək.

Qeyd edək ki, Konqo ilə görüş mayın 31-də, Ermənistanla qarşılaşma isə iyunun 4-də keçiriləcək. Hər iki oyun Avstriya toplanışı çərçivəsində gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43