İdman

“Zirə”dən xal itkisi, “Kəpəz” yenə uduzdu

Azərbaycan Premyer Liqasında altıncı turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu gün daha iki görüş keçirilib.

Çempionatın debütantı “Səbail” öz meydanında “Kəpəz”i qəbul edib. Görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0. 

Günün digər oyununda isə “Zirə” “İnter”i qəbul edib. “Qarabağ”ın “Sumqayıt” üzərində qələbəsindən sonra liderliyini itirən Ayxan Abbasovun komandası qələbə sayəsində yenidən zirvəyə yüksələ bilərdi. Ancaq görüşdə 1:1 hesablı bərabərlik qeydə alınıb və “Zirə” 2-ci pillədə qalıb. 

Qeyd edək ki, turun sonuncu oyunu bazar günü keçiriləcək.  

23 sentyabr (şənbə)
Topaz Premyer Liqası

VI tur

20:00. “Zirə” – “İnter” – 1:1 
Qol: 
Sertan Taşkın, 21 (0:1), Yovan Krneta, 67 (1:1)
Qırmızı vərəqə: İlkin Qırtımov, 43 (“İnter”)
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Ramil Diniyev
Zirə İdman Kompleksinin stadionu

17:30. “Səbail” – “Kəpəz” – 1:0 
Qol: 
Elman Taqayev, 60
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Cavanşir Yusifov,  Rauf Cabbarov
“Dalğa Arena”

24 sentyabr (bazar)

18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər:
 Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev
Qəbələ şəhər stadionu

22 sentyabr (cümə)

“Qarabağ” – “Sumqayıt” – 4:1

Bombardirlər: Mahir Mədətov (“Qarabağ”) – 5 qol, Vüsal İsgəndərli (“Zirə”), Riçard Qadze 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43