FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
İdmanxeber.az-ın məlumatına görə, UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin oyunları çərçivəsində oktyabrın 21-də Çexiyada keçiriləcək “Yablonets” (Çexiya) – “Randers” (Danimarka) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.