“Liverpul”un müdafiəçisi Vircil van Dayk Kriştiano Ronaldo ilə komanda yoldaşı ola bilər.
İdmanxeber.az-ın məlumatına görə, müdafiəçinin xidmətində Səudiyyə Ərəbistanı klubu “Əl-Nəsr” maraqlıdır. 32 yaşlı müdafiəçinin “qırmızılar”la hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq.
Ona Avropa klublarından da təkliflər olduğu bildirilir. Futbolçu hələlik qərarını verməyib.
2018-ci ildən “Liverpul”da çıxış edən futbolçu İngiltərə çempionatının cari mövsümündə 17 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

