FİFA referisi Əliyar Ağayev Yunanıstan Superliqasında daha bir oyunu idarə edib.
İdmanxeber.az xəbər verir ki, o, Superliqanın çempionluq qrupunun 3-cü turunda ötən gün keçirilən “Olimpiakos” – AEK oyununun baş hakimi olub.
Ağayev 1:1 hesabı ilə başa çatan matçda hər komandadan 1 futbolçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, Əliyar bundan əvvəl də Yunanıstan Superliqasının bir neçə matçına təyinat almışdı.