FİFA ilin ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.
Siyahıda 10 mütəxəssis adı yer alıb:
Visente del Boske (İspaniya millisi), Aleks Ferqyusson (“Mançester Yunayted”in sabiq çalışdırıcısı), Karlo Ançelotti (PSJ / “Real”), Rafael Benites (“Çelsi” / “Napoli”), Antonio Konte (“Yuventus”), Yupp Haynkess (“Bavariya”nın sabiq çalışdırıcısı), Joze Mourinyo (“Real” / “Çelsi”), Luis Felipe Skolari (Braziliya millisi) və Arsen Vengerə (“Arsenal”).
Mükafat sahibini yığmaların baş məşqçiləri və kapitanları səsləri ilə müəyyənləşdirəcək. Ən yaxşının kimliyi yanvarın 13-də aydınlıq gələcək.