"Mançester Siti" "Barselona"nın hücumçusu Lionel Messini transfer etmək istəyindən əl çəkmir.
İdmanxeber.com-un məlumatın görə, bu xəbəri Kataloniyanın "Sport" qəzeti yazıb.
İngilis klubunun sahibi şeyx Mansur bin Zayed Əl-Nayan 28 yaşlı argentinalıya ödəniləcək illik məbləği təsdiqləyib.
Mançester klubunun nümayəndələri Messinin agentinə bildiriblər ki, Messiyə ildə 27 milyon avro ödəməyə hazırdılar.
"Şəhərlilər" hazırda "Barselona" ilə danışıqlar aparmağa hazırlaşmırlar. Çünki öncə Messidən razılıq əldə etmək istəyirlər. Ancaq Kataloniya klubunun rəhbərliyi əmindi ki, ulduz futbolçu bu təklifi rədd edəcək.