Topaz Premyer Liqasının debütantı “Araz Naxçıvan” bu gün VII tur çərçivəsində keçirilən oyunda səfərdə “Bakı”ya 1-2 hesabı ilə uduzdu.
İdmanxeber.com-un məlumatına görə, “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev məğlub olduğları matçı belə şərh edib:
“Bu oyunla bağlı heç nə deməyəcəyəm. Nəsə danışmaq çətindir. Bu günə kimi belə hadisələrlə üzləşməmişəm. Çox çətindir, yeni komanda, yeni futbolçular. Əgər mən Naxçıvan futboluna xeyir vermirəmsə, gedəcəyəm. Bu gün istefa vermək istəyində olduğumu rəhbərliyə deyəcəyəm. Özüm getmək istəyirəm”