“Həmişə futbolçulara demişəm ki, komandaları reytinqlərə bölmək lazım deyil. Əsas işimiz oyuna köklənmək olmalıdır. Amma görünür ki, biz hələ bunun üzərində işləməliyik”.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev Azərbaycan Premyer Liqasının 17-ci turunda AZAL-a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, AZAL-ı qələbə münasibəti ilə təbrik edib:
“Bu komandanın öz oyun üslübu var. Bu rəqibin ünvanına “küçə komandası” kimin dediyini bilmirəm. Küçə komandasının Premyer Liqada nə işi var? Mənim Tərlan Əhmədovdan incikliyim yoxdur, ona əl uzatdım. Öz futbolçularıma qarşı əsəbi idim. Özümü çox pis hiss edirdim, dərman qəbul etməli idim. Vəziyyəti başqa dona salmaq lazım deyil”.