Topaz Premyer Liqasının XIV turu Azərbaycan derbisi ilə əlamətdar oldu. Korner.az-ın məlumatına görə, “Bakcell Arena”da “Qarabağ”ı qəbul edən “Neftçi” 1-0 hesablı qələbə qazandı.
idmanxeber.com-yn məlumatına görə, oyundan sonra “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb:
“Qarabağ” güclü rəqibdir. Hər mövqedə güclü, mübarizə aparan futbolçuları var. Biz bütün bunları bilirdik. Matça gəldikdə isə futbolçular tapşırıqları yerinə yetirdilər. Oyunun son dəqiqələrində top bizdə az oldu. Sona doğru müdafiəyə daha çox diqqət ayırdıq.
Elşən Abdullayevin əvəzlənməsi ilə bağlı ona deyə bilərəm ki, gənc oyunçudu, istəklidi, topla davranmağı sevir. Elşən ümidləri doğrulda bilən futbolçudur.
Mənim futbol karyeram “Neftçi”də başlayıb, “Neftçi”də sona çatıb. Bu komandanın mənə ehtiyacı varsa, burdayam”.