04 İyun 2026
Ölkə futbolu

“Şamaxı” millimizin sabiq üzvünə müqavilə təklif etdi

Premyer Liqada 7-ci sırada qərarlaşan “Şamaxı” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi Mehrac Baxşalını heyətinə qatmaq istəyir. Bir müddətdi əyalət klubunun düşərgəsində olan oyunçu barədə məşqçilər heyəti müsbət qərar verib. 

“Şirlər” icarə əsasında Baxşalını komandaya götürmək istəyir. Rəhbərlik U-21 millimizin sabiq üzvünə 1,5 illik müqavilə təklif edib.

Sözləşmə ilə “Qəbələ”yə məxsus olan oyunçunun durumu hələlik konkretləşməyib. Çünki yarımmüdafiəçinin “qırmızı-qaralar”la da 1,5 illik müqaviləsi var.

Mehrac “Qəbələ” ilə müqavilə uzadacağı təqdirdə, rəhbərlik onun icarə əsasında “Şamaxı”ya keçməsinə icazə verəcək.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43