“Sumqayıt”ın futbolçusu Nihad Əhmədzadəyə ölkəxaricindən təklif gəlib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Türkiyənin I Liqa təmsilçisi “Iğdır” yarımmüdafiəçinin xidmətində maraqlı olub. Hətta tərəflər arasında danışıqlar da baş tutub.
Türkiyə klubu futbolçu ilə razılıq əldə etsə də, Riad Rəfiyevlə anlaşa bilməyib. Çünki klub rəhbəri Iğdır komandasına qiymət “oxuyub”.
O, müqaviləsi gələn yay başa çatacaq Əhmədzadə üçün qarşı tərəfdən 300 min avro təzminat və əlavə olaraq 30-40 min arası da yetişdirmək haqqı tələb edib.
Türkiyə təmsilçisi isə bu məbləğin çox olduğunu bildirib. Onlar millimizin üzvü üçün 100-150 min avro arası təzminat ödəyə biləcəklərini deyiblər.
Ancaq Rəfiyev razı olmayıb. O, dediyi rəqəmdə israr edib.
Bunun ardından “Iğdır” klubu transferdən vaz keçməyə məcbur olub.

