21 İyul 2026
Dünya futbolu

“Barselona” israr edir, “Atletiko” tələsmir 

“Barselona” “Atletiko”nun hücumçusu Julian Alvaresi yay transfer pəncərəsinin əsas hədəflərindən biri kimi müəyyənləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu transferin baş tutması üçün Madrid təmsilçisinə müəyyən vaxt limiti də qoyub. Hazırda klublar arasında danışıqlar davam edir, lakin yekun razılıq əldə olunmayıb.

“Atletiko” argentinalı forvardı satmağa tələsmir. Alvares ötən mövsüm bütün turnirlərdə 52 oyunda 28 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

25 yaşlı futbolçunun “Transfermarkt” dəyəri təxminən 120 milyon avro qiymətləndirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43