“Mançester Yunayted” Fransa millisinin yarımmüdafiəçisi Manu Konenin transferində əsas favorit hesab olunur.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” 45 milyon funt sterlinqlik təklif hazırlayır. Klub yay transfer dönəmində yarımmüdafiəni gücləndirməyi prioritet sayır.
Danışıqların yaxın günlərdə sürətlənəcəyi gözlənilir. Kone ötən mövsüm klubunda 44 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə çıxış edib.

