21 İyul 2026
Dünya futbolu

“Liverpul” fransalı üçün mübarizəni davam etdirir

“Liverpul” PSJ-nin cinah hücumçusu Bredli Barkolanın transferindən əl çəkməyib.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu fransız futbolçunun keçidi üçün yeni təklif hazırlayır. PSJ oyunçunu satmağa həvəsli olmasa da, yüksək məbləğ qarşılığında ayrılığı nəzərdən keçirə bilər.

Barkola yay transfer pəncərəsində bir neçə nəhəng klubun da maraq dairəsindədir.

O, ötən mövsüm bütün turnirlərdə 51 oyunda 23 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43