“Aston Villa” “Çelsi”nin hücumçusu Nikolas Ceksonu heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Birmingem təmsilçisi artıq futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb. “Çelsi” sərfəli təklif gələcəyi təqdirdə seneqallı forvardın gedişinə mane olmayacaq.
Tərəflər arasında müzakirələrin yaxın günlərdə intensivləşəcəyi gözlənilir.
Cekson ötən mövsüm 44 oyunda 19 qol vurub və 8 məhsuldar ötürmə edib. 25 yaşlı hücumçunun bazar dəyəri təxminən 55 milyon avro hesab olunur.

