Şotlandiyanın “Reyncers” klubu “Partizan”ın kapitanı Vanya Draqoyeviçin transferini yekunlaşdırmaq üzrədir.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçinin keçidinin 4 milyon funt sterlinqdən çox məbləğə başa gələcəyi bildirilir. Sosial şəbəkədə yayılan paylaşım da futbolçunun Qlazqo klubuna keçəcəyinə dair iddiaları gücləndirib.
Rəsmi açıqlamanın qısa zamanda veriləcəyi gözlənilir

