21 İyul 2026
Ölkə futbolu

“Qarabağ” “Fənərbağça” ilə oynaya bilər – Potensial rəqiblər

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

İdmanxeber.az xəbər verir ki, “Qarabağ”ın da potensial rəqibi açıqlanacaq.

Ağdam təmsilçisi Avropa Liqasında II təsnifat mərhələsində ÇSKA-nı (Sofiya, Bolqarıstan) keçərsə, aşağıdakı komandalardan biri ilə düşəcək:

“Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi.
“Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün məğlubu.
“Fənərbaxça” (Türkiyə) – “Qurnik” (Polşa) cütünün məğlubu.

Püşkatma mərasimi bu gün saat 15:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43