21 İyul 2026
Dünya futbolu

Braziliyalı hücumçu İspaniyaya yollanacaq?

“Barselona” “Çelsi”nin hücumçusu Joao Pedronu transfer etmək niyyətindədi.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi braziliyalını alternativ variant kimi qiymətləndirir. Lakin London klubu futbolçunu satmaq niyyətində deyil.

Joao Pedro ötən mövsüm 47 matçda 22 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43