“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi ötən mövsümü Serbiya klubu “Radnik”də keçirən Axel Urie ilə anlaşıb. Tərəflər arasında danışıqlar müsbət nəticələnib.
Mərkəzi Afrika Respublikasından olan 27 yaşlı sol cinah oyunçusu yaxın vaxtda “sarı-göylər”lə sözləşmə imzalayacaq.
Axel ötən mövsüm komandasının heyətində bütün turnirlərdə 19 oyunda çıxış edib və 1 qol vurub. O, “Kəpəz”ə azad agent statusunda qoşulub.

