21 İyul 2026
Ölkə futbolu

“Turan Tovuz” İstanbul klubu ilə üz-üzə gələcək

Yeni mövsümə Türkiyədə hazırlaşan “Turan Tovuz” yoxlama oyunlarındakı növbəti rəqibi bəlli olub.

İdmanxeber.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Komanda 27 iyul tarixində Türkiyənin 1-ci liqa təmsilçisi “Fatih Karagümrük”lə qarşılaşacaq.

Qeyd edək ki, “Turan Tovuz” bunadək İranın U-21 yığması ilə heç-heçə edib – 1:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43