21 İyul 2026
Ölkə futbolu

Seçki bu tarixdə keçiriləcək – PFL-in rəhbəri kim olacaq?

Peşəkar Futbol Liqasında bu ay keçiriləcək prezident seçkisinin vaxtı məlum olub.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qurum iyulun 24-də yeni rəhbərini  seçəcək. Artıq bununla bağlı bütün klublara məlumat verilib. Hələlik, PFL prezidentliyinə namizəd qurumun hazırkı sədri Elxan Səmədovdur. 

Tədbirin gündəliyinə Peşəkar Futbol Liqasının İctimai Birliyinin hesabatının təqdim olunması, icra orqanının seçilməsi və digər məsələlər daxil edilib.

Xatırladaq ki, yığıncaqda Azərbaycan Premyer Liqa, I Liqa və II Liqa klublarının nümayəndələri iştirak edəcək. Tədbirin gedişatında klubların təklifləri dinlənəcək və müzakirəyə çıxarılacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43