“Çelsi” “Aston Villa”nın ulduzu Morqan Rocersin transferində həlledici mərhələyə çatıb.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər şəxsi müqavilə şərtlərində razılığa gəlib və futbolçunun tibbi müayinədən keçəcəyi gözlənilir. Transferin dəyərinin 117 milyon funt sterlinq olacağı bildirilir.
23 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm 52 oyunda 18 qol vurub və 16 məhsuldar ötürmə edib.

