21 İyul 2026
Ölkə futbolu

Portuqaliyalı hücumçudan “Qarabağ”a gözlənilməz cavab 

Qazaxıstanın “Kayrat” klubunda çıxış edən portuqaliyalı hücumçu Jorjinyo Azərbaycan klublarının maraq dairəsindədi.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçu ilə “Qarabağ”, “Turan Tovuz”, Yunanıstanın OFİ və Kiprin “Pafos” klubları maraqlanır. Komandaların futbolçu üçün danışıqlar apardığı bildirilir.

Ancaq oyunçunun Azərbaycanda oynama ehtimalı azdı. Çünki o, karyerasını ölkəmizdə davam etdirmək istəmir.

Jorjinyo ötən mövsüm “Kayrat”ın heyətində bütün turnirlərdə 34 oyuna çıxaraq 11 qol vurub, 6 assist edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43