21 İyul 2026
Ölkə futbolu

“Turan Tovuz” fransalı futbolçu ilə anlaşdı – RƏSMİ

“Turan Tovuz” daha bir transfer gerçəkləşdirib.

İdmanxeber.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Stiv Beusnardı heyətinə qatıb. “Monpelye”nin yetirməsi olan fransalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. 34 yaşlı futbolçu son mövsümdə Fransa Liqa 2-də “Pau” forması ilə 27 oyun keçirib. O, karyerası ərzində vətənində “Bezye” və “Ayaçço” kimi klubların formasını geyinib.

Qeyd edək ki, “Turan Tovuz” bunadək Dioqo Balau və Aleksey Kenyaykini də transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43