“Mançester Yunayted” “Tottenhem”in 18 yaşlı cinah oyunçusu Tynan Tompsonu transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, ingilis futbolçu üçün 8 milyon funt sterlinq ödənilib, müqavilədə bonuslar və növbəti satışdan faiz maddəsi də yer alıb. Klub rəhbərliyi Tompsonu gələcəyin əsas ulduzlarından biri hesab edir.
Oyunçu artıq İngiltərənin U-18 millisində də debüt edib. Tynan ötən mövsüm akademiya komandalarında 13 qol vurub, 6 məhsuldar ötürmə edib.

