21 İyul 2026
Dünya futbolu

“Çelsi” tarixinin ən bahalı transferini edir

“Çelsi” “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocersi transfer etməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər 117 milyon funt sterlinqlik razılıq əldə ediblər və futbolçunun qısa müddətdə tibbi müayinədən keçəcəyi gözlənilir. Baş məşqçi Xabi Alonso 22 yaşlı futbolçunu yeni layihəsinin əsas simalarından biri hesab edir.

Transfer baş tutacağı halda, Rocers klub tarixinin ən bahalı oyunçularından biri olacaq. Qeyd edək ki, o, ötən mövsüm bütün turnirlərdə 54 oyunda 17 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43