21 İyul 2026
Dünya futbolu

Rodri razıdı – “Real” hərəkətə keçir 

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Madrid “Real”ı 30 yaşlı futbolçunun transferi ilə ciddi maraqlanır və yaxın günlərdə rəsmi təklif göndərməyə hazırlaşır. İspaniya millisinin üzvü də bu keçidə müsbət yanaşır.

“Kral klubu” Rodrini orta xəttin əsas lideri kimi görür. Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 43 oyunda 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43