21 İyul 2026
Dünya futbolu

“Milan” mərakeşli futbolçunu istəyir

“Milan” müdafiə xəttini gücləndirmək üçün “Mançester Yunayted”in sağ cinah müdafiəçisi Nussair Mazrauini transfer siyahısına daxil edib.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya təmsilçisi yaxın günlərdə İngiltərə klubuna rəsmi müraciət etməyi planlaşdırır. Mərakeş millisinin üzvünün də daha çox oyun praktikası qazanmaq üçün ayrılığa müsbət yanaşdığı bildirilir.

Mazraui ötən mövsüm 39 oyunda 3 qol və 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43