“Arsenal” “Nyukasl”ın braziliyalı yarımmüdafiəçisi Bruno Gimarayeşin transferi üçün rəsmi danışıqlara start verib.
İdmanxeber.az-ın məlumatına görə, London klubu əvvəlcə 60 milyon funt sterlinq təklif etsə də, “Nyukasl” futbolçunu təxminən 75 milyon funtdan aşağı satmaq niyyətində deyil.
Bildirilir ki, 28 yaşlı futbolçu da karyerasını “Arsenal”da davam etdirməyə isti yanaşır.
Mikel Arteta onu yay transfer pəncərəsinin əsas hədəflərindən biri hesab edir. Bruno ötən mövsüm Premyer Liqada 33 oyunda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

