Millimizin və “Legiya”nın futbolçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Lester”lə oyundan əvvəl sosial şəbəkədə paylaşım edib.
İdmanxeber.az-ın məlumatına görə, matçın keçiriləcəyi “Kinq Pauer” stadionundakı məşqdən şəkillərini paylaşan millimizin üzvü yazıb:
“Ətrafımda divarlar tikməyi planlaşdırırsınızsa, bilin ki, mən bunların arasından keçib gedəcəyəm”.
Qeyd edək ki, bu gün keçiriləcək “Lester” – “Legiya” görüşü saat 00:00-da başlayacaq.