14 Fevral 2025
Dünya futbolu

“Qalatasaray” “Milan”la danışıqlara başladı

“Milan”ın müdafiəçisi Emerson Royal karyerasını  “Qalatasaray”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, artıq tərəflər arasında danışıqlar start götürüb.  Keçidin baş tutma ehtimalı yüksək qiymətləndirilir. Braziliyalı yaxın vaxtda İstanbul klubunun üzvü ola bilər.

Qeyd edək ki, “Milan” Emerson Royalı mövsümün əvvəlində “Tottenhem”dən transfer edib. Braziliya millisinə də dəvət alan 26 yaşlı sağ cinah müdafiəçisi A Seriyası təmsilçisinin heyətində 25 rəsmi matçda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43