Dünyadan

200 milyonluq tanışlıq

Dünyanın iki bahalı futbolçusu – Qaret Beyl və Ronaldo bir araya gəlib.

Madrid “Real”ının məşqində portuqaliyalı futbolçu ilə görüşən uelsli oyunçu biraz söhbətləşdikdən sonra bir yerdə məşqə giriblər. 

Ən bahalı iki futbolçunun bir-birləri ilə görüşünü İspaniya mətbuatı “200 milyonluq görüş” kimi qələmə verib. 

“Kral” klubunun baş məşqçisi Karlo Ançelottinin bu həftə “Villareal”a qarşı keçiriləcək matçda Qaret Beylə şans verəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43