“Səbail” mövsüm başa çatmamış bir futbolçusu ilə yollarını ayırıb.
İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “dənizçilər” gürcü müdafiəçi Tamazi Setsxladze ilə vidalaşıb.
23 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Setsxladze 2017-ci ilin yayından “Səbail”də çıxış edirdi.