Azərbaycan milli komandasının müdafiəçisi Azər Salahlı ötən ilin son günlərində “Keşlə”dən “Neftçi”yə keçmişdi.
“Neftçi”nin millimizin müdafiəçi üçün “Keşlə”yə ödədiyi məbləğ açıqlanıb.
Belə ki, “transfermarkt” portalı “ağ-qaralar”ın Azər üçün “Keşlə”yə 52 min avro (təxminən 100 min manat) ödədiyini yazıb.
27 yaşlı futbolçu əvvəllər “Qarabağ”, “Sumqayıt” klublarında oynayıb.