Ölkə futbolu

30-cu çempionat: 37 bombardir

Bu həftə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümü start götürəcək.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 30-cu mövsüm olacaq. Yarışın tarixinin ən yaxşı bombardiri aktivində 183 top olan Nazim Əliyevdir. O, izləyicilərini böyük fərqlə qabaqlayır. Müşfiq Hüseynov 125 qolla ikinci, ondan 9 top geri qalan Rövşən Əhmədov üçüncüdür.

Ümumilikdə yalnız 10 futbolçu 100 və ya daha çox qola imza atıb.

50 qol səddini adlayanlar isə daha çoxdur. 37 futbolçu ən azı 50 dəfə fərqlənib. Onlardan yalnız biri qarşıdakı mövsümdə qol sayını artıra bilər. Bu, “Səbail”in forvardı Rauf Əliyevdir. Hücumçunun aktivində 61 top var. Ölkə xaricində legioner həyatı yaşayan Mahir Emreli ondan 2 qol geri qalır.

Ən azı 50 qol vuranlar arasında üç legioner də var. Milli komandamızda da oynamış Badri Kvaratsxeliya ən məhsuldar əcnəbidir. Digər gürcüstanlı Georgi Adamiya və nigeriyalı Viktor İqbekoyi də bu cədvələ düşə bilib.

1 Nazim Əliyev 183
2 Müşfiq Hüseynov 125
3 Rövşən Əhmədov 116
4-5 Qurban Qurbanov 115
Samir Ələkbərov 115
6 Alay Bəhramov 108
7 Nadir Nəbiyev 103
8-9 Xaqani Məmmədov 102
Vadim Vasilyev 102
10 Kənan Kərimov 101
11 Musa Qurbanov 94
12 Fazil Pərvərov 89
13 Samir Musayev 88
14-15 Fərrux İsmayılov 85
İmamyar Süleymanov 85
16 Samir Əliyev 84
17 İsmayıl Məmmədov 76
18 İlham Məmmədov 74
19 Azər İsayev 73
20 Paşa Əliyev 72
21 Badri Kvaratsxeliya 71
22 Zaur Ramazanov 70
23 Yunis Hüseynov 66
24-25 Vidadi Rzayev 65
Mahir Əliyev 65
26-29 Mahmud Qurbanov 61
Rauf Əliyev 61
Ramiz Məmmədov 61
Georgi Adamiya 61
30 Mahir Emreli 59
31 Rəşad Abdullayev 58
32 Vaqif Cavadov 53
33 Həsən Abdullayev 51
34-37 Viktor İqbekoyi 50
Vüqar Qəmbərov 50
Mehman Baxışov 50
Yalçın Bağırov 50

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43